Liftdə qalan 5 nəfər xilas edildi - 1-i azyaşlıdır

12:41 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda liftdə qalan beş nəfər xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. 

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.